UEFA 2015-ci ilin rəmzi komandasını müəyyənləşdirdi
UEFA 2015-ci ilin rəmzi komandasını açıqlayıb. SportLine.az xəbər verir ki, siyahıda 4 klubun futbolçuları yer alıb.
Qurumun rəsmi saytında aparılan səsvermədə 7 milyon azarkeş iştirak edib. Ən çox səsi isə "Barselona"nın ulduzu Lionel Messi toplayıb.
Qapıçı: Manuel Noyer ("Bavariya" – 379 min 304 səs)
Müdafiəçilər: David Alaba ("Bavariya" – 433 min 244), Serxio Ramos ("Real", Madrid – 330 min 647), Daniel Alveş ("Barselona" – 291 min 611), Jerar Pike ("Barselona" – 254 min 279)
Yarımmüdafiəçilər: Andres İniyesta ("Barselona" – 401 min 574), Pol Poqba ("Yuventus" – 361 min 421), Xames Rodriges ("Real", Madrid – 260 min 871)
Hücumçular: Lionel Messi ("Barselona" – 448 min 445), Neymar ("Barselona" – 282 min 327), Kriştiano Ronaldo ("Real", Madrid – 260 min 811).