UEFA-dan azarkeşi döyən futbolçuya ağır cəza
Avropa Liqasının 4-cü turu çərçivəsində keçirilən "Gimaraynş" - "Marsel" matçından öncə azarkeşə təpik atan ikincilərin üzvü Patris Evranın cəzası məlum olub. SportLine.az xəbər verir ki, UEFA 36 yaşlı futbolçunu 2018-ci il iyun ayının 30-na kimi beynəlxalq yarışlardan uzaqlaşdırıb. Əlavə olaraq, P.Evra 25 min avro cərimə ödəyəcək.
P.Evra etdiyi bu hərəkətə görə "Marsel"in əsas komandasından da uzaqlaşdırılıb.