UEFA-dan "Qalatasaray"a cəza və cərimə
UEFA Türkiyənin "Qalatasaray" klubunu cəzalandırıb.
Sportline.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb Avropa Liqasının 1/8 final mərhələsinin "Barselona" ilə NEF stadionunda keçirilən cavab oyununda (1:2) baş verən hadisələr olub.
İstanbul təmsilçisinin azarkeşləri meydançaya yad əşyalar atdığına görə klub 20 min avro cərimələnib. Növbəti avrokubok matçında isə "Qalatasaray"ın stadionunda 3000 oturacaq boş qalmalıdır.