UEFA Çempionlar Liqası ilə bağlı yeni qərarlar qəbul etdi

UEFA Çempionlar Liqası ilə bağlı yeni qərarlar qəbul edib. SportLine.az qurumun saytına istinadən xəbər verir ki, qərarlar oyunların başlanma vaxtı və Avropa Liqasının qalibi ilə bağlıdır.

Beləliklə, növbəti mövsümdən oyunlardan ikisi Bakı vaxtı ilə 21:00, digərləri 23:00-da start götürəcək. 

Avroliqanın qalibi isə növbəti mövsüm Çempionlar Liqasında mübarizəyə pley-off-dan yox, qrup mərhələsindən başlayacaq.