UEFA Gənclər Liqası: "Qəbələ"nin rəqibi müəyyənləşdi

UEFA Gənclər Liqasında Çempionlar Yolunun l mərhələsinin püşkatması keçirilib. 

Sportline.az xəbər verir ki, tədbirdə "Qəbələ"nin də rəqibi bəlli olub. 

"Qırmızı qaralar" Niderland "AZ Alkmaar"ı ilə qarşılaşacaq.

Bölgə təmsilçisi ilk oyununu sentyabrın 29-da evdə, cavab qarşılaşmasını isə oktyabrın 20-də səfərdə keçirəcək.

Bu cütün qalibinin ikinci mərhələdəki rəqibi də bəlli olub. Komandamız mərhələ adlasa, “Şikszereda” (Rumıniya) – “Anje” (Fransa) cütünün qalibi ilə üz-üzə gələcək. “Alkmaar” – “Qəbələ” cütünün qalibi noyabrın 3-də və 24-də baş tutacaq mərhələnin ilk matçımı səfərdə keçiriləcək. 

Qeyd edək ki, 2020/2021 mövsümündə UEFA Gənclər Liqası koronavirus pandemiyası səbəbindən ləğv edilib. "Qəbələ" ilkin təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşmalı idi.