UEFA Kuboku: "Araz" qələbə ilə başladı
Bu gün futzal üzrə UEFA Kubokunun əsas mərhələsi start götürəcək. SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Araz" ilk oyununu "Mostar"a (Bosniya və Herseqovina) qarşı keçirəcək.
Rumıniyada təşkil ediləcək oyunlarda Naxçıvan klubunun növbəti rəqibləri yerli "Deva" və Maltanın “Sent Endryu” kollektivi olacaq.
Yarışın təqvimi belədir:
Futzal, UEFA Kuboku
Əsas mərhələ, "B" yolu, 8-ci qrup
I tur, 11 oktyabr
“Araz” (Azərbaycan) – “Mostar” (Bosniya və Herseqovina) - 5:2
QOLLAR: Bolinya, (1:0); Veşiç, (1:1); Bağırov, (2:1); Da Silva, (3:1); Atayev, (4:1); Da Silva (5:1); Aladjiç, (5:2)
“Deva” (Rumıniya) – “Sent Endryu” (Malta) - 5:2
II tur, 12 oktyabr
17:30. “Sent Endryu” – “Araz”
20:00. “Deva” – “Mostar”
III tur, 14 oktyabr
17:30. “Mostar” - “Sent Endryu”
20:00. “Araz” - “Deva”