UEFA-nın ayırdığı vəsait “Qəbələ”nin hesabına köçürüldü

Avropa Liqasının 2015/2016-cı il mövsümünün qrup mərhələsində 2 oyunda heç-heçə əldə etdiyinə görə UEFA-nın ayırdığı bonus məbləğ – 243 min avro AFFA tərəfindən “Qəbələ” klubunun hesabına köçürülüb.

SportLine.az-ın məlumatına görə, bu barədə xəbəri AFFA-nın rəsmi saytı yayıb.

Qeyd edək ki, "Qəbələ" cari mövsüm tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ əldə edib. Komanda qrup mərhələsini iki xalla başa vurub.

Banner