UEFA "Qəbələ" klubunun hesabına 26 min avro köçürüb

UEFA tərəfindən "Qəbələ" klubuna müvafiq yaş qrupundan ibarət komandasının Gənclər Liqasında iştirakına görə maliyyə vəsaiti ayrılıb.

SportLine.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, klub üçün 26 000 avro ödənilib.

Qeyd olunan vəsait AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada klubun hesabına köçürülüb.

Banner