UEFA məşqçilərdən ibarət rəmzi komandanı açıqladı

UEFA Çempionlar Liqasında mübarizə aparan komandaların baş məşqçilərindən ibarət rəmzi komanda hazırlayıb. SportLine.az qurumun saytına istinadən xəbər verir ki, "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovun adı bu komandaya daxil edilməyib. Hücumçu mövqeyində "Barselona"nın baş məşqçisi Ernesto Valverde qərarlaşıb:

Qapıçı: Şenol Günəş ("Beşiktaş")

Mərkəz müdafiəçiləri: Maurisio Poçettino ("Tottenhem"), Massimo Karrera("Spartak"), Darko Milaniç ("Maribor")

Sağ cinah oyunçusu: Serjio Konseysao ("Portu")

Sol cinah oyunçusu: Covanni van Bronxorst ("Feyenoord")

Yarımmüdafiəçilər:  Antonio Konte ("Çelsi"), Dieqo Simeone ("Atletiko"), Pep Qvardiola ("Mançester Siti")

Hücumameylli yarımmüdafiəçi: Zinəddin Zidan ("Real")

Hücumçu: Ernesto Valverde ("Barselona")