UEFA "Seltik"i cəzalandırdı
UEFA Şotlandiyanın "Seltik" klubunu cəzalandırıb. SportLine.az xəbər verir ki, buna Çempionlar Liqasının qrup mərhələsində "Mançester Siti"yə qarşı keçirilən oyunda azarkeşlərin meydana kənar əşyalar atması səbəb olub. Buna görə də, klub 19 min avro məbləğində cəza ödəməyə məhkum edilib.
Qeyd edək ki, bu, "Seltik"in cari mövsümdə ilk cəzası deyil. Çempionlar Liqasının təsnifat mərhələsində "Hapoel" (Beer-Şeva) ilə görüşdə azarkeşlərin Fələstin bayrağı açması klubun 10 min avro məbləğində cərimə ödəməsi ilə nəticələnmişdi.