UEFA Super Kubokunu ardıcıl üçüncü dəfə almaniyalı baş məşqçi qazanıb
UEFA Super Kubokunu ardıcıl üçüncü dəfə almaniyalı baş məşqçinin rəhbərlik etdiyi komanda qazanıb.
Sportline.az xəbər verir ki, son olaraq bu titula İngiltərə "Çels"si ilə Tomas Tuxel sahib çıxıb.
London təmsilçisi finalda İspaniyanın "Vilyarreal" klubunu məğlub edib. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə bitib. İngiltərə klubu penaltilər seriyasında rəqibini 6:5 hesabı ilə üstələyib.
Qeyd edək ki, 2019-cu ildə UEFA Super Kubokunu İngiltərə "Liverpul"u ilə almaniyalı Yurgen Klopp, 2020-ci ildə isə "Bavariya" ilə onun həmyerlisi Hans-Diter Flik qazanıb.