Uels yarımfinal oyununa ciddi itkilərlə çıxacaq
"Avro-2016"da yarımfinal mərhələsinə yüksələn Uels seçməsi Portuqaliya ilə görüşə itkilərlə çıxacaq. SportLine.az xəbər verir ki, buna bəzi futbolçuların sarı vərəqə limitini doldurması səbəb olub.
Belçika ilə oyunda cəzalanan Aron Remzi və Ben Deyvis yarımfinal matçında komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Portuqaliya - Uels oyunu 6 iyul, saat 23:00-da start götürəcək.