Uilyams "Atletik"i tərk edəcək

"Atletik Bilbao"nun ispaniyalı futbolçusu Niko Uilyams mövsümün sonunda klubdan ayrılacaq.

Sportline.az "TBR Football"a istinadən xəbər verir ki, "Liverpul", "Arsenal" və "Barselona" Uilyamsla yaxından maraqlanır.

22 yaşlı futbolçunun "Atletik"lə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Uilyamsın hazır ki dəyəri "Transfermarkt" portalına görə 70 milyon avro olaraq qiymətləndirilir.

O bu mövsün çıxış etdiyi 31 oyunda 4 qol və 6 asistlə yadda qalıb.