Ukraynalı qapıçı rəsmən "Beşiktaş"da
Türkiyənin "Beşiktaş" klubu daha bir futbolçunun keçidini rəsmiləşdirib.
SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Dnepr"in qapıçısı Denis Boyko artıq "Qara qartal"ın şərəfini qoruyacaq. Ukraynalı futbolçu ilə 4 il yarımlıq razılıq əldə olunub.
İstanbul klubu tranfser üçün "Dnepr"ə 3 milyon 300 min avro təzminat ödəyib.