Ulduz basketbolçu Amerikanın prezidenti olmaq istəyir
Hazırda "Qolden Steyt Uoriors" klubund çıxış edən ulduz basketbolçu Amerikanın prezidenti olmaq istəyir.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Stefan Köri konfrans zamanı bu fikri səsləndirib.
O, açıqlamasında :"Yaxşılıq etdikcə artır. Amma hazırda ölkəmizdə yaxşılıq etmək istəyən və edən insanların sayı çox azdır. Gələcəkdə prezidenti olsam əlimdən gələni edəcəyəm. Bilmək olmaz bəlkə də növbəti seçkilərdə namizəd oldum",-deyib.
Qeyd edək ki, Stefan Köri bu sözlərindən sonra gülümsəyərək :"Mən çox ciddiyəm, bunu zarafat olaraq qəbul etməyin",-deyib.