Ulduz futbolçu "Atletiko"nun məşqçisi oldu

"Atletiko"nun sabiq hücumçusu Fernando Torres Madrid klubuna qayıdıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı futbolçu paytaxt təmsilçisinin U-19 komandasını çalışdıracaq.

Qeyd edək ki, Torres bu ilin əvvəllərində "Atletiko"nun ikinci komandasında məşqçi kimi işləyib. O, futbolçu karyerası ərzində "Atletiko", "Liverpul", "Çelsi", "Milan" və Yaponiyanın "Saqan Tosu" komandalarında oynayıb.