Ulduz futbolçu "Barselona"nın hədəfində

"Barselona" "Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanqla maraqlanır.

Sportline.az xəbər verir ki, bu barədə "Sky Sport" nəşri məlumat yayıb. Bildirilib ki, Kataloniya klubu  rəhbərliyi yarımmüdafiəçi Filippe Koutinyonu qabonlu oyunçu  ilə dəyişmək variantını nəzərdən keçirir .

Qeyd edək ki,  Obameyanq ötən mövsüm İngiltərə Premyer Liqasında 29 oyuna çıxıb və 10 qol vurub.