Ulduz futbolçu "Beşiktaş"da

"Beşiktaş" hücum xəttini gücləndirib.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Çelsi"nin hücumçusu Mişi Batşuayini icarəyə götürüb.

Belçika millisinin üzvü 1 il "qara qartallar"da çıxış edəcək. 

Qeyd edək ki, Batşuayi ötən mövsümü İngiltərənin "Kristal Pelas" klubunda icarədə keçirib. O, meydana çıxdığı 20 matçda 2 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.