Ulduz futbolçu "Çelsi" yolunda

PSJ-nin futbolçusu Leven Kurzava karyerasını İngiltərədə davam etdirə bilər.

Sportline.az "France Football"a istinadən xəbər verir ki, "Çelsi" 27 yaşlı müdafiəçi ilə maraqlanır. London klubunun fransalı oyunçunun agenti ilə danışıqlar apardığı vurğulanıb.

Qeyd edək ki, Kurzavanın PSJ ilə müqaviləsi yayda başa çatır. Onunla "Barselona", "Atletiko", "Arsenal", "Yuventus" və "İnter"in maraqlandığı iddia olunur.