Ulduz futbolçu geri döndü

"Tottenhem"in futbolçusu Harri Keyn Londona gedib.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, ingilis hücumçu dünən tətildən qayıdıb. O,  cümə axşamına qədər karantində olacaq. Ancaq 28 yaşlı oyunçu həmin vaxta kimi fərdi qaydada məşq edəcək. Karantin bitdikdən sonra o, komanda ilə məşqlərdə iştirak edəcək.

Qeyd edək ki, Keynin avqustun 2-i "Tottenhem"in bazasına qayıdacağı gözlənilirdi.