Ulduz futbolçudan bəd xəbər

İspaniya "Real Madrid"inin yeni transferi David Alabada koronavirus aşkarlanıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Analiz nəticəsi müsbət çıxan avstriyalı futbolçu karantinə alınıb.

Qeyd edək ki, 29 yaşlı müdafiəçi "Real Madrid"ə Almaniya "Bavariya"sından azad agent kimi keçib.