Ulduz futbolçudan xeyirxah addım
Londonun "Çelsi" klubunun və Almaniya millisinin yarımmüdafiəçisi 22 yaşlı Kay Haverts (Kai Havertz) ölkəsindəki daşqının qurbanlarına 200 min avro yardım edib.
Futbolçu vəziyyəti ilk dəfə atası ilə telefon danışığı zamanı öyrənib.
Sportline.az "Goal"a istinadən futbolçunun dediklərini belə çatdırır:
“Düzünü desəm, əvvəlcə atamın dediklərinə ciddi yanaşmadım. Ancaq sonra mənə video və fotoşəkillər göndərdi. Dəhşətli idi. Mən həmin ərazidə böyümüşəm. Hadisə də mənim oranı tərk etdiyimdən 20 dəqiqə sonra baş verib. Məndə həmin daşqının içində ola bilərdim"
Mənim ailəm orada yaşayır və biz bilirik ki, orada çoxsaylı evsiz insanlar var. Onlar hər şeyini itirib (daşqınlar zamanı) və gecələməyə belə yerləri yoxdur"
Havertz bundan sonrada bacardığı yardımı əsirgəməyəcəyini bildirib.