Ulduz oyunçu "Monako" ilə yeni müqavilə imzalayıb

"Monako" basketbol komandasının ABŞ-li ulduzu Mayk Ceyms klubla yeni müqavilə bağlayıb.

Sportline.az xəbər verir ki, oyunçu ilə müqavilə 3 il müddətinə imzalanıb.

33 yaşlı basketbolçu Fransa klubundan ilinə 3 milyon avro qazanacaq.

Qeyd edək ki, 2021-ci ildən "Monako"da çıxış edən Ceyms daha əvvəl NBA-da "Finiks Sans", "Bruklin Nets" və "Nyu Orleans Pelikans" kimi komandaların formasını geyinib.