“Üzgüçülük yarışlarında yeni medallar əldə etməyə çalışacağıq"

Azərbaycan təmsilçiləri növbəti yarışlarda yeni medallar qazanmağa çalışacaqlar.

Sportline.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında III MDB Oyunlarında gümüş medal qazanan Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadə deyib.

O, uğurlu nəticəyə görə sevincli olduğunu bildirib:

"MDB Oyunlarının üzgüçülük yarışlarında bu günə qədər heç bir medal qazanmamışdıq. Bu, qazandığımız ilk medallardan idi. Fəxr edirəm ki, uğurlu nəticələrdən birinə də mən imza atmışam. Bu hələ son deyil. Yeni medallar əldə etməyə çalışacağıq. Uğurlu nəticələrə görə məşqçimizə təşəkkür edirik".

Qeyd edək ki, Süleyman İsmayılzadə 1500 metr məsafəyə sərbəst üsulla üzmə yarışında gümüş medala sahib çıxıb.