"Valensiya" baş məşqçini yola saldı
İspaniyanın “Valensiya” klubu baş məşqçi Pako Ayestaranla yollarını ayırıb. Son oyunlardakı uğursuzluqlar rəhbərliyi bu addıma vadar edib. Yeni çalışdırıcı tapılanadək komandanı klubun sabiq futbolçusu Voro Qonsales çıxaracaq. Xatırladaq ki, Ayestaran bu ilin martından “Valensiya”nın sükanı arxasında idi.