Ceymi Vardi karyerasını İspaniyada davam etdirə bilər
"Lester Siti"dən azad agent kimi ayrılan ingiltərəli hücumçu Ceymi Vardi karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az "Give Me Sport"a istinadən xəbər verir ki, "Valensiya" 38 yaşlı futbolçunu transfer etmək istəyir.
Vardinin hazırkı dəyəri "Transfermarkt" portalına görə, 1 milyon avrodur.
Qeyd edək ki, təcrübəli forvard ötən mövsümü 36 matçda 10 qol 4 məhsuldar ötürmə ilə tamamlayıb.