Vazkez “Real Madrid”i tərk edəcək

“Real Madrid”in ispaniyalı futbolçusu Lukas Vazkez mövsümün sonunda klubdan ayrılacaq.

Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, “Sevilya” Vazkezi azad agent kimi heyətinə qatmağı planlaşdırır.

33 yaşlı futbolçu 2015-ci ildən “Real”ın şərəfini qoruyur.

Qeyd edək ki, Madrid klubu Vazkezlə yeni müqavilə imzalamaq niyyətində deyil.