Vazkes "Real"dan ayrıldı
"Real Madrid"in ispaniyalı futbolçusu Lukas Vazkes klubdan ayrılıb.
Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.
34 yaşlı sağ cinah müdafiəçisi 2015-ci ildən "Real Madrid"in uğurları üçün çalışırdı.
Qeyd edək ki, L.Vaskes 10 mövsüm ərzində "Real"ın heyətində 402 oyun keçirib. Bu müddət ərzində o, 23 titul qazanıb.