Ventura istefa verdi, Buffon milli karyerasını başa vurdu

DÇ-2018-dən kənarda qalan İtaliya millisində eyni vaxtda beş vida gerçəkləşib. SportLine.az "Football Italia"ya istinadən xəbər verir ki, baş məşqçi Campyero Ventura vəzifəsindən istefa verib. Bununla yanaşı, dörd futbolçu milli ilə vidalaşmaq barədə qərar qəbul edib. Bunlar Canluici Buffon, Corco Kyellini, Daniele de Rossi və Andrea Bartsalyidir.

Karyerasına Mundialla yekun vurmaq istəyən C.Buffonun mövsümün sonunadək "Yuventus"da çıxış edəcəyi gözlənilir.