Verrati karyerasını ölkəsində davam etdirəcək

“Əl-Arabi”nin italiyalı futbolçusu Marko Verrati yanvar ayında klubdan ayrılacaq.

Sportline.az “Marca” qəzetinə istinadən xəbər verir ki, Verrati karyerasını “İnter” klubunda davam etdirəcək. Tərəflər arasında razılıq əldə olunub.

“İnter” Verrati üçün “Əl-Arabi” klubuna 20 milyon avro ödəyəcək.

Qeyd edək ki, M.Verratinin “Əl-Arabi” klubu müqaviləsi mövsümün sonunda başa çatacaq.