"Vest Hem" "Liverpul"un futbolçusuna göz qoydu

"Vest Hem Yunayted"in yeni transfer hədəfi bəlli olub.

Sportline.az "Mail" nəşrinə istinadən xəbər verir ki, "Liverpul"un ingiltərəli futbolçusu Harvi Eliyot "Vest Hem"in maraq dairəsinə düşüb.

Oyunçunun transfer qiyməti 40 milyon avrodur.

Qeyd edək ki, H.Eliyotun "Liverpul"la sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.