"Vest Hem"i tərk edəcək - "Liverpul" yoxsa "Mançester Yunayted"?
"Vest Hem"in futbolçusu Carred Boven yayda komandasını dəyişə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "The Guardian" nəşri məlumat yayıb.
29 yaşlı oyunçu ilə "Liverpul" və "Mançester Yunayted" yaxından maraqlanır.
Qeyd edək ki, C.Boven cari mövsüm meydana çıxdığı 41 matçda 10 qol, 11 asistlə yadda qalıb.