Vidal Sançezi razı salmağa çalışır
"Bavariya" "Arsenal"ın ulduzu - Aleksis Sançezi transfer etməkdə israrlıdır.
SportLine.az "Bild"ə istinadən xəbər verir ki, bütün komanda çilili futbolçu üçün səfərbər olub. Arturo Vidal da həmyerlisini razı salmağa çalışır. Artıq Vidalın məsələ ilə bağlı bir neçə dəfə A.Sançezlə danışdığı deyilir.
Qeyd edək ki, iyunun sonunda "Arsenal"la müqaviləsi bitəcək hücumçu "topçular"la yeni müqavilə imzalasa, həftəlik 350 min funt-sterlinq qazanacaq. "Bavariya"nın da futbolçuya eyni məbləği təklif etdiyi bildirilir.