VII turun afişası açıqlandı

Futzal üzrə Azərbaycan Yüksək Liqasında növbəti turun oyun cədvəli açıqlanıb. SportLine.az federasiyanın "Facebook" səhifəsinə istinadən xəbər verir ki, I dövrənin son turuna “Marafon Futsal” – “Neftçi” İK dueli ilə start veriləcək və bu qarşılaşma CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Noyabrın 15-də Bakı İdman Sarayında keçiriləcək tura “Yasamal” FK – EKOL dueli ilə yekun vurulacaq.

14:30. “Marafon Futsal” – “Neftçi” İK
16:00. “Araz” – “Xəmsə”
17:30. “Yasamal” FK - EKOL