"Boavişta" - "Vitoria Gimarayeş"

Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Boavişta" Portuqaliya kubokunun 1/16 final mərhələsinin cavab görüşündə "Vitoriya Gimarayeş"lə qarşılaşıb. SportLine.az xəbər verir ki, K.Ağayev meydana start heyətdə daxil olub. Millimizin digər üzvü - Emin Mahmudov isə ehtiyatda qalıb. 

Əsas vaxtda qalib müəyyənləşməyib - 1:1.

Əlavə vaxtın 118-ci dəqiqəsində isə "Vitoriya Gimarayeş" qələbə topunu vurmağa müvəffəq olub.

Beləliklə, ümumi nəticədə məğlub olan "Boavişta" kubokla erkən vidalaşıb.