“Vilyareal” “Barselona”nın “qapısını döyüb”
"Vilyareal" "Barselona"nın ispaniyalı futbolçusu Ferran Torres üçün rəsmi təklif göndərib.
Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, "Vilyareal" bu keçid üçün qarşı tərəfə 20 milyon avro təklif edib.
Kataloniya klubunun rəhbərliyi bu təklifi dəyərləndirəcək.
Qeyd edək ki, Torresin "Barselona" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
O bu mövsüm çıxış etdiyi 30 matçda 11 qol və 3 asistlə yadda qalıb.
Xatırladaq ki, Torres 2022-ci ilin yanvar ayında "Mançester Siti"dən "Barselona"ya 55 milyon avro qarşılığında transfer olmuşdu.