Vini "Real"dan yüksək maaş tələb edir

"Real Madrid" brazilyalı ulduz futbolçusu Vinisius Juniora yeni müqavilə təklif edib.

Sportline.az xəbər verir ki, 25 yaşlı vinger bu təklifə müsbət cavab verib.

Lakin Vinisius klub rəhbərliyindən yüksək maaş tələb edir.

Bu haqda "Cope" nəşri məlumat yayıb.

Qeyd edək ki, təcrübəli futbolçu "Real Madrid"ə 2018-ci ilin yayında "Flamenqo"dan 45 milyon avro qarşılığında transfer olunmuşdu.