Vinisius "Real"dan ayrıla bilər

Səudiyyə Ərəbistanı hücumçu Vinisius Junior üçün təzminat olaraq “Real Madrid”ə 1 milyard avro ödəməyə hazırdır.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, 1 milyard avro məbləği Səudiyyə Liqası üçün problem deyil. 24 yaşlı futbolçunun transferinin strateji addım kimi qiymətləndirildiyi vurğulanır.

Səudiyyə Ərəbistanı hesab edir ki, Vinisiusun potensial hərəkəti digər gənc oyunçuları ölkəyə köçməyə həvəsləndirə bilər.

Qeyd olunur ki, 2034-cü il dünya çempionatına ev sahibliyi edən Səudiyyə Ərəbistanı üçün yetkinlik yaşına çatmayan oyunçuların alınması vacibdir.