Vircil Van Deyk: “Kiməsə sonsuz şans verilmir"
Vircil Van Deyk Salah məsələsinə münasibət bildirdi.
Sportline.az xəbər verir ki, niderlandlı futbolçu Salah haqqında bu fikirləri səsləndirib;
“Kiməsə sonsuz şans verilmir. Hər kəs yaxşı çıxış etməlidir. Salah bunu edirdi, amma son iki oyunda qərarı məşqçi verdi. Hamımız klub üçün ən yaxşısını istəyirik. Əminəm ki, Mo hələ də nail olmağa çalışdıqlarımızın böyük bir hissəsi olacaq, çünki o möhtəşəm futbolçudur və bunu daim sübut edib. Mən bir lider kimi onun yanımda olmasını istəyirəm. Narahat deyiləm. O, məyusdur, amma bu tamamilə normaldır. Əgər ardıcıl iki oyun oynamadıqda məyus olmursansa, deməli başqa problem var”, - deyə Van Deyk bildirib.