“Vizards” “Nyu-York Niks”i məğlub etdi
Mövsüm öncəsi yoxlama matçları davam edir.
Sportline.az xəbər verir ki, gecənin ən maraqlı matçlarında biri Vaşinqtonda baş tutub. “Vizards” öz meydanında “Nyu-York Niks”lə qarşılaşıb. “Vizards” rəqibini 118:117 hesabı ilə məğlub edib.
Matçın ən məhsuldar basketbolçusu “Nyu-York”un oyunçusu Celen Brunson olub. 27 xal 1 ribaund 5 asist.
“Vaşinqton”un ən məhsuldar oyunçusu isə Cordan Pul olub. 16 xal 5 asist 1 ribaund.
Qeyd edək ki, NBA-də rəsmi matçlar 22 oktyabrda başlayacaq.