Vlahoviç "Milan"ın hədəfindədir
"Yuventus"un forvardı Duşan Vlahoviç karyerasını "Milan"da davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Tutto Sport" nəşri məlumat yayıb.
26 yaşlı oyunçu cari mövsüm meydana çıxdığı 22 matçda 8 qol, 2 asistlə yadda qalıb.
Qeyd edək ki, D.Vlahoviçin dəyəri 35 milyon avrodur.