Vlahoviç "Yuventus"dan ayrılır?
"Yuventus"un serbiyalı futbolçusu Duşan Vlahoviç klubdan ayrılmaq istədiyini açıqlayıb.
Sportline.az xəbər verir ki, təcrübəli hücumçu klubdaki mövqeyindən narazıdır.
Bu haqda "Caught Offside" nəşri məlumat yayıb.
Vlahoviçi İngiltərənin "Mançester Yunayted" klubu transfer etmək istəyir. Klub oyunçunun meneceri ilə bu həftə görüşəcək.
Qeyd edək ki, 25 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə, 35 milyon avrodur.