Vlahoviçin İngiltərə nəhənginə keçidi gündəmdədir

"Yuventus"un serbiyalı hücumçusu Duşan Vlahoviç karyerasında yeni səhifə açmaq niyyətindədir.

Sportline.az "Sun Sport" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim 25 yaşlı futbolçunun transferini rəhbərliktən tələb edib.

Vlahoviçin transfer qiyməti 40 milyon avrodur. O, ötən mövsümü 44 matçda 17 qol 5 asistlə tamamlayıb.

Qeyd edək ki, təcrübəli futbolçunun "Yuventus"la sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.