Volkan Demirel komandadan getdi

“Fatih Karagümrük” klubunda baş məşqçi Volkan Demirellə yollar ayrılıb.

Sportline.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

40 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Volkan 2021-ci ilin dekabrından “Fatih Karagümrük”ü çalışdırırdı.