“Vorriors” “Leykers”i böyük hesabla məğlub etdi

Bu mövsüm çempionluğa iddialı “Qolden Steyt Vorrios” öz meydanında “Los Anceles Leykers”lə qarşılaşıb.

Sportline.az xəbər verir ki, yoxlama matçında qarşılaşan komandaların dueli maraqlı anlara səhnə olub. Matç “Vorriors”un 132:74 hesablı qələbəsi ilə başa çatıb.

Matçın ən məhsuldar basketbolçusu “Leykers”in oyunçusu Quinsi Olivari olub. 22 xal 7 ribaund 2 asist.

“Vorriors”un məhsuldar oyunçusu isə Conatan Kuminqa olub. 17 xal 4 ribaund.

Qeyd edək ki, “Vorriors”un ulduz basketbolçusu Stefen Köri matçda iştirak etməyib.

“Leykers”in əfsanəsi Lebron Ceyms isə yüngül zədəsi olduğu üçün meydanda olmayıb.