"Vulverhempton" "Fluminense"dən futbolçu alır

"Vulverhempton" klubu heyətini kolumbiyalı futbolçu ilə gücləndirib.

Sportline.az xəbər verir ki, "Fluminense"nin futbolçusu Con Arias yeni mövsümdən "Vulverhempton"un uğurları üçün çalışacaq.

"Vulverhempton" 27 yaşlı futbolçu üçün 15 milyon avro ödəyəcək.

Qeyd edək ki, Con Ariasın transferi bu həftə rəsmləşəcək.