Vüqar Nadirov rəsmən "Səbail"də
"Qarabağ"ın sabiq futbolçusu Vüqar Nadirovun "Səbail"ə keçidi rəsmiləşib.
SportLine.az-ın klubun rəsmi Facebook səhifəsinə istinadən yaydığı xəbərə görə, 29 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, "Qarabağ"ın yetirməsi olan V. Nadirov Ağdam klubu ilə yanaşı "Xəzər Lənkəran", "Masallı", "Karvan" "Qəbələ" və "İnter"də də çıxış edib.