Vüqar Nadirov "Səbail"də
Növbəti mövsüm Premyer Liqada debüt edəcək "Səbail" heyətini gücləndirməkdə davam edir.
SportLine.az xəbər verir ki, Bakı klubu bu dəfə Vüqar Nadirovu transfer edib. "Qarabağ"dan ayrıldıqdan sonra klubsuz qalan hücumçu ilə bir il müddətinə razılığa gəlinib.
Qeyd edək ki, 29 yaşlı futbolçu karyerası ərzində "Qarabağ"la yanaşı, "İnter", "Qəbələ" və "Xəzər Lənkəran"ın da şərəfini qoruyub.