Xames Rodrigez: "Heç bilmirəm "Everton" kimlə oynayır"
İngiltərənin "Everton" klubunun 30 yaşlı yarımmüdafiəçisi Xames Rodrigez məşhur "Twitch" oyun platformasında canlı yayımda komandasının bu həftə kimlə oynadığından xəbəri olmadığını deyib.
Sportline.az xəbər verir ki, bu barədə idman jurnalisti Nokolo Skira rəsmi "Twitter" səhifəsində məlumat yayıb.
"Mən heç bilmirəm "Everton" bu həftə kimlə oynayır. Kim deyə bilər bu tur kimlə qarşılaşırıq?", deyə kolumbiyalı futbolçu izləyicilərindən soruşub.
Xatırladaq ki, 21 avqust Şənbə günü İngiltərə Premyer Liqasının ikinci turunda "Everton" "Lids Yunayted"lə qarşılaşacaq.