Xavi İspaniyanın ən yaxşısıdır
Britaniyanın məşhur FourFourTwo nəşri Ispaniya futbol tarixinin ən yaxşı 10 oyunçusunun siyahısını hazırlayıb.
Sportline.az xəbər verir ki, siyahıya hazırda «Barselona»nı çalışdıran Xavi rəhbərlik edir.
İlk üçlükdə vaxtilə onunla çiyin-çiyinə oynayan İnyesta və uzun illər "Real"ın qapısının toxunulmazlığı qayğısına qalan Kasilyas yer alır.
Xavi («Barselona», «Əl-Sədd»).
Andres Inyesta («Barselona», «Vissel Kobe», «Emireyts»).
Iker Kasilyas («Real», «Porto»).
David Vilya («Sportinq» Hixon, «Saraqosa», «Valensiya», «Barselona», «Atletiko», «Nyu-York Siti», «Melburn Siti», «Vissel Kobe»).
Serxio Ramos («Sevilya», «Real», «PSZH»).
Serxio Buskets («Barselona», «Inter Mayami»).
Raul («Real», «Şalke», «Əl-Sədd», «Nyu-York Kosmos»).
Karles Puyol («Barselona»).
Jerar Pike («Mançester Yunayted», «Saraqosa», «Barselona»).
Xabi Alonso («Real Sosyedad», «Eybar», «Liverpul», «Real», «Bavariya»).